Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı növbəti əməliyyat keçirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, antiterror əməliyyatı İraqın şimalındakı Kara, Zap və Avaşin-Basyan bölgələrində təşkil olunub. Əməliyyat zamanı 15 silahlı terrorçu zərərsizləşdirilib. Onların Türkiyə ərazisində hücumlara hazırlaşdıqları bildirilir.

Əməliyyat zamanı həmçinin terrorçuların sığınacağı və döyüş sursatları məhv edilib.