Simvol foto © Sasin Tipchai / pixabay.com
Simvol foto © Sasin Tipchai / pixabay.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyada türk həkimin çalışdığı xəstəxanada xəstələri bilərəkdən “Hepatit C” virüsünə yoluxdurması ilə bağlı iddialar var.  AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Donavört şəhərində qeydə alınıb. Belə ki, Səlim adlı həkim-anestezoloqun 10 il çalışdığı şəhərlə eyni adı daşıyan xəstəxana onun əməliyyat öncəsi narkoz verdiyi 1300 xəstəni təkrar müayinə üçün geri çağırıb. 

Tibb ocağı internet saytı vasitəsi ilə elan verib və bu elanı oxuyan 752 xəstə təkrar müayinə üçün xəstəxanaya gəlib. Təkrar yoxlamalar zamanı 45 xəstədə “Hepatit C” virüsü aşkar edilib. 

Xəstəxanadan bildirilib ki, “Hepatit C” virüsü daşıyıcıları hiss etmədən birdən qaraciyər serrozu və xərçənginə tutulurlar.

Xəstəxanın həkimlərindən biri əməliyyatdan sonra müayinəyə gələn xəstələrdən bir neçəsində “Hepatit C” virüsü aşkar etdiyindən tez rəhbərliyə məlumat verərək olayın aydınlaşdırılmasını tələb edib. Həmin həkim Səlim adlı əməkdaşlarının əməliyyat ləvazimatlarını təmizləmədən istifadə etdiyini iddia edib.

Türk həkimin vəkili isə iddiaları rədd edib. Vəkil bildirib ki, Səlim doktor özü bu il  “Hepatit C”yə tutulduğunu öyrənib və özünün iynələrindən başqaları üçün istifadə etməyib.