İspaniya Primerosunda “Barselona” öz meydanında “Real”a (Betis) uduzub.

Oxu.Az xəbər verir ki, dramatik oyun qonaqların 3:4 hesablı qələbəsi ilə nəticələnib.

Meydan sahiblərinin heyətində Messi (68, pen., 90+2) və Vidal (79) fərqləniblər.

Qonaq komandanın qollarını isə Firpo (20), Sançes (34), Lo Çelso (71) və Kanales (83) vurublar.

Oyunun 81-ci dəqiqəsində “Barsa” 10 nəfərlə qalıb. Baş hakim Mateo Laos Rakitiçə qırmızı vərəqə göstərib.