Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada uzun zamandır işsiz olan 51 yaşındakı mühacir tür Şükriye Başol yerdən tapdığı 10 min avronu polisə verib. AzEuroNews.com xəbər verir ki, Almaniyanın Münxen şəhərində bir banka gedən Ş.Başol yerdən bir zərf tapıb. Zərfi açınca içində pul olduğunu görən Ş.Başol yaxınlıqdakı dəftər-kitab ləvazimatları satılan bir mağazaya gedərək satıcıdan polisə zəng vurmasını xahiş edib.

Daha sonra polislə idarəyə gedən türk qadın tapdığı pulları onlara təslim edib. Polisdən bildirilib ki, zərfin içində 10 min avro olub.

Polislər Şükriye Başola bu addımına görə minnətdar olduqlarını bildiriblər. 

51 yaşındakı qadın isə, “Mən sadəcə bir insan olaraq vəzifəmi yerinə yetirdim” deyib. 

Foto © Hürriyet