Gec yeyilən axşam yeməkləri sağlamlığımıza düşündüyümüzdən də çox zərər verir. AzEuroNews.com bildirir ki, alimlərin apardığı tədqiqatlardan məlum olub ki, gec saat da yeyilən yemək ürək – damar və diabet xəstəliklərinə səbəb olur.

Mütəxəssislər diabet, ürək və hipertoniya xəstəliklərinin inkişafı ilə yemək saatları arasında olan əlaqəni tapmaq üçün 18-76 yaş arası insanlar üzərində araşdırma aparıblar. Məlumolub ki, 18:00-dan sonra qəbul olunan qida qanda şəkər və insulinin artmasına eyni zamanda təzyiqin yüksəlməsinə səbəb olur. Bu da diabet xəstəliklərinin inkişaf riskini 19%,  hipertoniya riskini isə 23% artırır.