Musiqi karyerasına fasilə verərək “Dünya hali” filmində baş rol ifaçısı olan Murat Dalkılıç istədiyi uğuru qazana bilməyib.

“Ölkə.Az” xəbər verir ki, bu səbəbdən də Murat aktyorluqdan imtina etmək qərarına gəlib.

Platonik sevgilisinin ürəyini ələ almağa çalışan gənc bir adamın hekayəsindən bəhs edən film 2 noyabr tarixində kinoteatrlarda təqdim edilib. Amma film 1 həftə ərzində cəmi 8 min insan tərəfindən izlənilib. Dalkılıç isə aktyorluq dəftərini bağlamaq qərarına gəlib.

Murat bundan sonra sadəcə musiqi ilə məşğul olacaq və yeni albom üçün işə başlayacaq.