Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤ Fransada avtomobil oğruları yeni üsula əl atıb. AzEuroNews.com xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi vətəndaşları son dərəcə diqqətli olmağa çağırıraq məlumat yayıb ki,  avtomobillərinin ön şüşəsində 50 avro görsələr götürməsinlər. 

Nazirlikdən bildirilib ki, son iki ayda vətəndaşlar tərəfindən ayrı-ayrı polis idarələrinə avtomobillərinin qaçırıldığı ilə bağlı məlumat daxil olub. Onlar avtomobilin ön şüşəsindəki siləcəyin altına qoyulan 50 avronu götürən zaman bunu fürsət bilən oğrular maşına əyləşərəq uzaqlaşıblar.

Belə oğurluq hadisələrinin gündən-günə çoxaldığına diqqət çəkən nazirlik sosial şəbəkələr vasitəsi ilə məlumat yayaraq vətəndaşlardan son dərəcə diqqətli olmalarını xahiş edib.