ABŞ-ın Kaliforniya ştatında bir neçə gündür davam edən güclü meşə yanğınları qurbanlarının sayı təqribən 2 dəfə artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Telekanalın məlumatında bildirilir ki, Byutt dairəsinin şerifi keçirdiyi mətbuat konfransında təbii hadisə qurbanlarının sayının 44 nəfərəçatdığını xəbər verib.

“Associated Press” isə daha 228 nəfərin itkin düşdüyünü xəbər verib.

Daha əvvəl təbii hadisə zamanı 23 nəfərin həlak olduğu bildirilirdi. Güclü meşə yanğınları 4 min hektardan çox ərazini bürüyüb. Ştatda fövqəladə vəziyyət elan edilib. Təbii hadisə habelə yüzlərlə evi məhv edib.