Madrid “Real”ının Julen Lopeteqidən sonra baş qalan baş məşqçi postunu kimin tutacağı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, “kral klubu” rəhbərliyi Santyaqo Solarinin mövsümün sonuna kimi baş məşqçi olacağını açıqlayıb.

“Real”ın B komandasından gətirilən Solarinin baş məşqçi kimi təqdim olunması üçün sənəd də İspaniya Futbol Federasiyasına göndərilib.

Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında keçirdiyi bütün oyunlarda qalib gəlib.