Foto © pixabay.com
Foto © pixabay.com

Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransada yeni doğulan övladına “Cihad” adını qoymaq istəyən ailəyə cinayət işi açılıb. AzEuroNews.com xəbər verir ki, hadisə Fransanın Dijon şəhərində qeydə alınıb. Belə ki, müsəlman bir ailənin yeni doğulan uşağına “Cihad” adının qoyulmasını bilən bələdiyyə Dijon Şəhər Prokurorluğuna müraciət edib. 

Prokurorluqda ailə haqqında cinayət işi açılıb, hazırda araşdırma aparılır. 

Körpənin anası məsələ ilə bağlı açıqlamasında bildirib ki, “Cihad” adının qadağan olunduğu bilməyiblər. Onlar belə olan halda uşağa “Cahid” adını qoymaq istədiklərini söyləyiblər.

Məlumat üçün bildirək ki, 2011-ci ildən Fransada uşaqlara bəzi adların verilməsi qanunla qadağan edilib. Onların arasında “Cihad” adı da var.