AzEuroNews.com  “Gilan” holdinq işçilərin əmək haqlarını vaxtı-vaxtında ödəyə bilmir. Bu barədə AzEuroNews.com-un əldə etdiyi məlumata görə, şirkətdə xeyli zamandır maliyyə böhranı yaşanır. “Gilan” işçilərin maaşlarını bir ay gecikmə ilə ödəyir.

Hazırda işçilər sentyabrın əmək haqlarını alsalar da, oktyabrın maaşını hələ verməyiblər. Bundan başqa, əvvəllər “Gilan” işçilərinə günorta yeməyini verirdi. Ancaq bir müddətdir ki, holdinq naharı da kəsib. Bəzi məlumatlarda maliyyə böhranı “Gilan”ın qeyri-rəsmi sahibi olduğu deyilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqələndirilir. Nazirin işlərin axır vaxtlar heç yaxşı getmir. “Gilan”a məxsus bir sıra müəssisələr də “Paşa” holdinqin nəzarətinə keçib.