Hamı bilir ki, göyərtilər çox faydalıdır. Lakin onların əsl müalicəvi xüsusiyyətləri haqqında çoxlarımızın xəbəri yoxdur. AzEuroNews Sizə göyərtilərin müalicəvi xüsusiyyətlərini təqdim edir:

Reyhan – qan dövranını yaxşılaşdırır, nəfəs yollarını təmizləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, orqanizmi sərbəst radikalların təsirindən qoruyur, iltihabəleyhinə və qurdqovucu təsirə malikdir.

Kərəviz – orqanizmi onkoloji xəstəliklərdən qoruyur, göbələk və mikrobəleyhinə təsirə malikdir, həzm və mübadilə prosesləri yaxşılaşdırır, böyrəkləri təmizləyir, ürək-damar sistemi üçün faydalıdır.

Şüyüd – həzm sistemi üçün olduqca faydalıdır, qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyir. Son elmi araşdırmalar sübut edib ki, şüyüd və onun toxumları güclü xərçəngəleyhinə təsirə malikdir.

Yaşıl soğan – antiseptik və iltihabəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, güclü afrodiziakdır.

Cəfəri – böyrəklər və qan sistemi üçün çox faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.

Keşniş –  güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətlərə malikdir, ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir.

İspanaq – qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısnı alır, tərkibində fol turşusunun olduğuna görə hamilə qadınlar üçün faydalıdır.