Argentinalı Santyaqo Solari Madridin “Real” klubunun baş məşqçisi vəzifəsinə təsdiqlənib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə komandanın rəsmi saytında məlumat verilib.

Mütəxəssislə müqavilə 30 iyun 2021-ci ilə qədər bağlanıb.

Xatırladaq ki, “Real”ın bundan əvvəlki baş məşqçisi Xulen Lopeteqi bir neçə həftə əvvəl istefaya göndərilib. Lopeteqinin rəhbərliyi altında kral klubu 14 oyunda altı qələbə qazanıb, iki dəfə heç-heçə edib və altı dəfə məğlub olub.

Hazırda “Real” 12 turdan sonra 20 xalla İspaniya çempionatında altıncı pillədə qərarlaşıb.