Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Fransada hökumətin təhsillə bağlı qanun dəyişikliyinə etiraz edən müəllimlər küçələrə axın edib. AzEuroNews.com xəbər verir ki, müəllimlər əllərində müxtəlif etiraz şüarları yazılmış plakarlarla yeni qanunda nəzərdə tutulan ixtisarlara etiraz edirlər.

Aksiya paytaxt Parislə yanaşı Lyon, Marsiliya, Bordeaux, Nantes və Kann şəhərlərində keçirilir.

Parisdə keçirilən aksiyada müəllimlər şüarlar səsləndirərək Təhsil Nazirliyinin binasının önünə yürüş ediblər. 

Fransa Təhsil Nazirliyindən verilən məluamat görə, yeni qərarı ölkə böyunca müəllimlərin 11.33 %-i boykot edərək işə çıxmırlar. 

Fransanın təhsillə bağlı ən böyük qeyri-hökumət təşkilatı olan “Snes-FSU” isə kollec və liseylərdə çalışan müəllimərin 50 %-nin işləməyəcəyini bəyan edib. 

Fransa mətbuatının yazdığına görə, bu 2011-ci ildən bəri müəlimlərin ölkədə keçirdiyi ən böyük etiraz askiyasıdır. 

Məlumat üçün qeyd edək ki, etiraz aksiyasında Fransa prezidenti Emanuel Makron əleyhinə də şüarlar səsləndirilib.