Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada anasından alınaraq bir alman ailəyə verildikdən sonra ölən 1.5 yaşındakı Savaşa görə ailəsinə pul təklif edilib. AzEuroNews.com xəbər verir ki, bu barədə Savaşın babası Yasin Taşkın məlumat verib. Onun sözlərinə görə, hələ də prokurorluqdan uşağın ölüm səbəbi ilə bağlı bir məlumat verilməyib : “Uşağın ölümü ilə bağlı Almaniyanın Uşaqlar və Gənclərlə iş üzrə İdarəsindən də (Jugendamt) məlumat ala bilmirik. Nəvəmi verdikləri qorucuyu ana isə, telefon zənglərimizə cavab vermir”.

Y.Taşkın bildirib ki, “Jugendamt“ nəvəsinin dəfni üçün ailəyə pul təklif edib: “Bizim pula yox, məlumata ehtiyacımız var. Nəvəm niyə öldü? Bunun cavabını versinlər mənə. Nəvəmi özümüz dəfn edəcəyik. Heç kimin də puluna ehtiyacımız yoxdur”.

Məlumata üçün bildirək ki, Almaniyanın Kassel şəhərində yaşayan Aleyna Taşkın ilə Gürsel İvanovun 1.5 yaşındakı oğlu Savaş bir müddət əvvəl  Almaniyanın “Jugendamt“ idrəsi tərəfindən alınaraq alman bir ailəyə verilib. 

Bundan sonra Savaşın nənəsi, babası və bibisi ona özlərinin baxa biləcəyi ilə bağlı “Jugendamt”a müraciət ediblər. 

Lakin sözügedən dövlət idarəsi onların bu istəyinə cavab verməyib. Onlar daha sonra Savaşın beş ay öncə bir alman ailəyə verildiyini öyrəniblər. Savaşın babası Yasin Taşkın bildirib ki, qızı 18 yaşında olarkən ana olub. Bu səbəbdən “Jugendamt” uşağı onun əlindən alıb.

“ Savaşı bizdən 150 kilometr uzaqda yaşayan bir ailəyə veriblər. Uşağın inkişafı ilə bağlı problemi var idi. Onun səhhəti ilə bağlı başqa heç bir problemi olmayıb. Keçən günlərdə yenidən xəstəxanaya aparılıb. Orada ona antibiotik iynə vurulub. Yatıb bir daha ayılmayıb” deyə baba Y.Taşkın üsyan edib.

“İllərdir bunu başa sala bilmirik”

Mövzu ilə bağlı danışan “Ümid ulduzu” dərnəyinin başqanı Kamil Altay bildirib ki, illərdir türk ailələrdən alınan uşaqların baxılması üçün öz qohumlarına verilməsinə görə mübarizə aparırlar : “Ancaq “Jugendamt” bu məsələyə heç zaman isti yanaşmayıb. 

Dövlətin qoruması altına alınan uşaqlarla bağlı konsolluğa məlumat verilməli idi. Savaşla bağlı heç bir məlumat verilməyib“.

Mənbə: Sabah qəzeti