Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransada bir kişi metroya keçi ilə minib. AzEuroNews.com xəbər verir ki, hadisə Paris metrosunda baş verib. Belə ki, keçi metroda digər sənişinlərin narahatlığına səbəb olduğundan onlar sahibinə bir neçə dəfə onu qatradan düşürməsini xahiş ediblər. Keçi sahibi isə, sərnişinlərin tələbini yerinə yetirməyib.

Daha sonra sərnişinlər məcbur olub polisə məlumat veriblər. Növbəti stansiyada adamı və keçisini düşürən polislərin apardığı araşdırma nəticəsində məlum olub ki, keçi oğurluq imiş.

Oğru Parisdə bir həyətdən oğurladığı keçini metro ilə qaçırmaq istəyirmiş.