Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Almaniyanın paytaxtı Berlində qaçqınların işinə baxılması prosesi yubanır. Bu barədə AzEuroNews.com-a “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 2015-ci ildə miqrasiya böhranı başlayandan Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) demək olar ki, bütün regional bölmələrində kadr çatışmazlığından şikayət edirdilər. Bu gün Berlində situasiya böhran həddinə çatıb, idarənin əməkdaşları hətta rəsmi məktubla yerli deputatlara müraciət ediblər. 

BAMF-da işçilərin çatışmazlığı səbəbindən sığınacaq istəyənlərin ərizələrinin gözləmə vaxti dəfələrlə artıb.
Hazırda kadrlar çatışmır, lakin yeni ildən sonra vəziyyət daha da ciddi şəkildə ağırlaşacaq. Belə ki, Berlinin BAMF bölməsinin əməkdaşlarının böyük hissəsi pensiyaya çıxacaq, onların sonuncu iş günü bu ilin 31 dekabr tarixinə kimidir.
Əgər bu işçilərin operativ sürətdə əvəzediciləri tapılmazsa, gözləmə vaxtı uzanacaq, sığınacaq axtaranların ərizələrinə daha gec baxılacaq. Yəni prosedura qanunla müəyyən edilmiş müddətdən 15-20 dəfə artıq müddətdə baxılacaq.