Fərhad Çağtürk / AzEuroNews.com  Türkiyə ölkədə yaşayan suriyalı qaçqınların telefon danışıqlarını tamamilə pulsuz etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, artıq Türkiyə hökuməti rəsmi olaraq layihənin icrası üçün tender elan edib. Tenderin qalibi olacaq operator ölkədə yaşayan suriyalılara telefon nömrəsi paylayacaq. Həmin nömrə vasitəsi ilə onlar Suriya,Türkiyə və 28 Avropa ölkəsi nömrələrinə pulsuz zəng edə biləcəklər. Eyni zamanda Amerika Birləşmiş Ştatlarına ediləcək zənglərə 180 dəqiqə pulsuz bonus veriləcək.

Pulsuz nömrələr Türkiyənin 15 şəhərində paylanacaq. Nömrələrin bu ilin may ayına kimi paylanması nəzərdə tutulub.