İlhan Aşkın
İlhan Aşkın

Fərhad Çağtürk / AzEuroNews.com  “Edəcəyimiz tək bir iş var, o da qərardan yüksək instansiya məhkəməsinə şikayət etməkdir”.

AzEuroNews.com xəbər verir ki, bunu Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın Niderland Krallığının Zvolle şəhər Appelyasiya Məhkəməsinin barəsindəki qərarı dəyişməməsinə münasibət bildirərkən söyləyib. O, bildirib ki, mübarizəni dayandırmayacaq : “Hollandiyada son məhkəməm  olacaq. Orada da alınmasa, Strasburqa-Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcəyəm. Mənə dəstək olan bütün dostlara təşəkkür edirəm”. 

Məlumat üçün bildirək ki, Niderland Krallığının Zvolle şəhər Appelyasiya Məhkəməsi Haaqadakı Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın barəsində çıxarılmış hökmü dəyişdirməyib.

Apellyasiya məhkəməsi erməniləri tənqid etdiyi üçün İlhan Aşkın barəsində əvvəl çıxarılmış bir ay azadlıqdan məhrum etmə və 120 saat məcburi ictimai işə cəlb etmək cəzasını təsdiqləyib.