Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi daha iki medal qazanıb.

Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş medala sahib olublar. M.Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, K.Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.

Qeyd edək ki, çempionatın ilk günündə İslam Abbasov (87 kq) bürünc medal qazanıb.