Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Frnakfurt şəhərində qatar reysləri üzərinə düşən sərxoş bomjun həyatını xilas edən türk tələbə öz canından olub. AzEuroNews.com xəbər verir ki, Frankfurt şəhərində təhsil alan 17 yaşındakı türk tələbə Mustafa Alptuğ dərsdən çıxıb evinə gedərkən reyslərin üstünə bir nəfərin düşdüyünü görüncə dərhal onu xilas etməyə çalışıb. Həmin vaxt paltformada xeyli sərnişin olub. Lakin, heç kəs reysin üstünə düşən sərxoş kişiyə kömək etməyib. 

O, hindistanlı sərxoş bomju reyslərin üstündən platformaya qaldırsa da özü sürətlə gələn qatarın altında qalıb. 

17 yaşlı gəncin həyatını xilas etmək mümükün olmayıb.