Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF)
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF)

Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Bu ilin oktyabr ayında Almaniyadan sığınacaq istəyən şəxslərin sayı məlum olub. AzEuroNews.com xəbər verir ki, ötən ay 15 minə yaxın şəxs Almaniyadan sığınacaq istəyib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin yaydığı məlumata görə, ötən ay da sığınacaq istəyənlərin siyahısına Suriya vətəndaşları liderlik edib. Belə ki, keçən ay 3333 suriyalı Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. 

Siyahıda növbəti sıralarda 1488 nəfərlə İran, 1316 nəfərlə İraq,  1206 nəfərlə Türkiyə vətəndaşları qərarlaşıb. 

Məlumat üçün bildirək ki, bu ilin ilk 10 ayında Almaniyada qaçqın statusu üçün müraciət edən azərbaycanlıların sayı məlum olub. “Report”un Avropa Bürosunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən əldə etdiyi məlumatına görə, 01.01.2018- 31.10.2018 tarixləri arasında 1997 Azərbaycan vətəndaşı Almaniyadan qaçqın statusu almaq üçün müraciət edib. 2016-cı illə müqaisədə bu rəqəm iki dəfədən də azdır. 

Onlardan 1526 nəfəri ilk dəfə, digərləri isə təkrar müraciət edənlərdir. Qaçqın statusu üçün müraciət edənlərdən 179 nəfərinə müvəqqəti yaşamaq icazəsi verilib. 1449  nəfər haqqında Dublin sazişinə görə başqa ölkəyə göndərilmə haqqında qərar çıxarılıb və ya onlar könüllü Azərbaycana qayıdıblar.

 

Avqust 2018 Sentyabr 2018 Oktyabr  2018
Ümumi 15.122 12.976 14.824
1. Suriya 3.403 2.844 3.333
2. İran 1.208 1.219 1.488
3. İraq 1.464 1.180 1.316
4. Türkiyə 1.243 1.093 1.206
5. Əfqanıstan 941 838 993
6. Nigeriya 829 670 794
7. Somali 456 342 401
8. Rusiya 552 477 395
9. Naməlum 487 380 352
10. Eritreya 328 289 316