Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Son aylar alman polisi ölkədəki qəlyanxanalarda əməliyyat keçirir. AzEuroNews.com xəbər verir ki, təkcə Şimali Reyn Vestfaliya əyalətinin Dortmunt, Essen kimi böyük şəhərlərində keçirilən əməliyyatlar zamanı 40 nəfər həbs edilib. 278 nəfər barəsində cinayət işi açılaraq araşdırmalara başlanılıb. 15 qəlyanxananın qapısına isə kilid vurulub. 

Şimali Reyn vestfaliya əyalətinin daxili işlər naziri Herbert Reulun açıqlamasına görə, son illər Almaniyada fəaliyyət göstərən qəlyanxanalar cinayətkarların məskəninə çevrilib. Nazir bildirib ki, bağlanan 15 qəlyanxanada 542 fərqli cinayət hadisəsinin törədildiyi müəyyən edilib.