Böyük Britaniyanın “Brexit” üzrə naziri vəzifəsinə təyinat olub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu posta keçmiş səhiyyə naziri Stiv Barkli təyin edilib.

O, bu günlərdə “Brexit” məsələsinə dair fikir ayrılıqları ucbatından istefa vermiş Dominik Raabı əvəzləyib.