Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransa hökumətinin benzin və dizel yanacaq növlərinin qiymətini artırması ölkəboyu etiraz aksiyalarının keçirilməsinə səbəb olub. AzEuroNews.com xəbər verir ki, bu gün səhər saatlarında ölkənin bir çox böyük şəhərində “Sarı gödəkçəlilər” qrupunun başlatdığı etiraz aksiyası hələ də davam edir. 

Əldə etdiyimiz məlumata görə, fransız polisi etiraz aksiyalarına çox sərt müdaxilə edib. 

Polislə aksiya iştirakçıları arasında yaranan qarşıdurmalar zamanı 1 nəfər ölüb, 47 nəfər yaralanıb. 

Fransanın daxili işlər naziri Xristofer Kastanerin açıqlamasına görə, ölkənin iki minə yaxın nöqtəsində keçirilən aksiyalara 124 min nəfər qatılıb. 

Onlardan 24-ü polis tərəfindən saxlanılıb.