Uzun müddətdir Türkiyənin İstanbul şəhərindəki “American Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədovun Bakıya qayıtdığı barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatla yanaşı, Fazil Məmmədovun müalicədən sonra ilk dəfə fotoşəkli də paylaşılıb.

Şəkildə Fazil Məmmədovla yanaşı, onun həyat yoldaşı Günay Məmmədova və həkimləri əks olunub.

Xatırladaq ki, pankreatit xəxstəliyindən müalicə olunan eks-nazir “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında idi.