Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤ Qaçqın kimi sığındıqları Fransada dövlətdən aldıqları yardımla öz ölkələrində milyonçu olan Rumuniyadan olan ər-arvad saxlanılıb. AzEuroNews.com xəbər verir ki, rumuniyalı ər-arvad 1200 saxta hamiləlik sənədi ilə Fransa dövlətindən 1.7 milyon avro yardım alıb.

Fransanın Lille şəhərində baş verən hadisəni araşdıran polisin verdiyi məlumata görə, rumuniyalı ər-arvad bir şirkət qurublar. Özləri kimi qaçqınlardan istifadə edən ailə onların adından hazırladıqları 1200 saxta sənəd vasitəsi ilə Fransa dövlətindən təxminən 1.7 milyon avro yardım alıblar. Onlar həmin qeyri-qanuni yolla qazandıqları bu pullarla öz ölkələrində – Rumuniyanın bir neçə böyük şəhərində mənzillər alıblar. 

Hazırda Lille şəhər polisi bu cütlüyün başqa cinayətlərdə iştirak edib-etməməsini araşdırır.