Hər televiziya mövsümündə izlənmə rekordu təzələyən “O ses Türkiye” yarışmasının oktyabrda yayımlanacaq yeni buraxılışlarında, tamaşaçılar Ebru Gündeşi münsif kimi görməyəcək.

Məlumata görə, tanınmış ulduz şəxsi həyatında xoşagəlməz hadisələrin öz həllini tapmaması səbəbindən ekranlarda görünməmək qərarını verib. Ebrunun bu istəyini telekanalın rəhbəri, eləcə də səs yarışmasının aparıcısı Acun Ilıcalı hörmətlə qarşılayıb.

TV8-də nümayiş olunacaq “O ses Türkiye”də Gündeşi ya Candan Erçetin, ya da Funda Arar əvəzləyə bilər. Layihənin digər münsifləri – Murat Boz, Hadise və Gökhan Özoğuz bu mövsümdə də istedad axtarışlarını davam etdirəcək.