Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın Saksoniya əyalətinin Xemnits şəhərində irqçi kəsimin gəlmələr üzərində təzyiqi hələ də davam edir.

AzEuroNews.com xəbər verir ki, demək olar ki, hər gün bu şəhərdə əcnəbilərin döyülməsi halları yaşanır. 

Xüsusilə, şəhərin müxtəlif yerində restoran və ticarət obyektləri olan əcnəbilər tez-tez yerli millətçilərin hücumlarına məruz qalırlar.

İndi uzun illərdir bu şəhərdə işləyən əcnəbilərin çoxu köçüb getməyə qərar verib. Onların sözlərinə görə, irqçilər gəlmələri psixoloji gərginlik altında saxlamaq istəyirlər. 

20-25 ildir bu şəhərdə yaşayan və əsasən də hicablı xanımlar mağaza və marketlərə girdikləri zamanı onlarla oğru kimi rəfdar edilməsindən şikayətlənirlər. Onların sözlərinə görə, Xemnitsdə irqçilərə aid mağazalarda alış-verişə getdikləri zaman təhlükəsizlik xidmətinin əməkdaşları onları müşaiət edirlər, onları oğru gözündə görürlər.

Xemnitsdə sığınacaq üçün müraciət edən qaçqnlara isə, birmənalı şəkildə “yox” deyilir. Gəlmələr deyir ki, alman vətəndaşı Danielin öldürülməsinə qədər vəziyyət burada tamam başqa olub. 

Xatırladaq ki, Almaniyanın Xemnits şəhərində 35 yaşlı alman vətəndaşı Danielin bir iraqlı və suriyalı tərəfindən qətlə yetirilməsindən sonra kütləvi aksiyalar keçirilib. “Neo-nazist” qüvvələrin iştirakı bu dinc aksiyaları iğtişaşlara çevrilsə də, polis gücünə yatırılıb. Daha sonra şəhərdə irqçilik əleyhinə 65 min nəfərin iştirakı ilə konsert keçirilib.