Ağız qoxusundan əziyyət çəkənlər üçün problemin həlli yolu mətbəxdən keçir.
AzEuroNews.com teleqraf.com-a istinadən bildirir ki, əgər dişlərinizi fırçalaya bilmədiyiniz bir yerdəsinizsə və ya fırçalansanız belə ağzınızdan qoxu heç bir şəkildə getmirsə, bundan qurtulmağıntəbii və asan yolları var.
Ağız qoxusuna çarə ola biləcək qidalar bunlardır.
Pendir
Aparılan arışdırmalar göstərir ki, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır. Eyni zamanda pendir yemək ağız qoxusunu da azaldır.
Alma, armud və kök
Bu meyvə və tərəvəzlərin tərkibindəki liflər tüpürcəyi təmizləyir və nəfəsi təzələyir.
Limon
Sadə mineral suyun içinə limon dilimləri atıb içdikdən sonra bu limon dilimlərini yeyə bilərsiniz. Eyni zamanda limonlu konfetlərdən də istifadə etmək olar.
Nanə- cəfəri
Çiy olaraq yediyiniz bir neçə nanə yarpağı və ya cəfəri nəfəsinizi təbii olaraq təmizləməkdə faydalıdır.
Qəhvə
Ağız boşluğundakı mikrobların artıqları olan sulfid birləşmələri pis qoxuya səbəb olur. Qəhvə dənəsini çeynəmək isə bu birləşməni aradan qaldırır. Yeməkdən sonra qəhvə içmək ağız qoxusuna qarşı təsirlidir.
Darçın
Darçın çeynəmək və ya darçınlı içkilərdən istifadə etmək ağızdakı mikroblara qarşı effektlidir.
Mixək
Mixək çeynəmək hər kəsin bildiyi ən təsirli və ucuz ağız qoxusunun qarşısını alma üsuludur.
Qatıq
Nizamlı olaraq qatıq yediyiniz zaman ağız qoxusunun azaldığının şahidi olacaqsınız.
Saqqız
Sink tərkibli məhsullar, eyni zamanda saqqız ağız qoxusunu yox edər. Əgər dişlərinizi fırçalamamısınızsa, onda saqqız çeynəyin.