Madridin “Real” klubu PSJ və Uruqvayyığmasının hücumçusu Edison Kavanini komandaya cəlb etmək variantını nəzərdən keçirir.

“Report” xəbər verir ki, Kavani 2013-cü ildən Fransa PSJ-sinin şərəfini qoruyur.

31 yaşlı forvard hazırkı mövsümdə Fransa çempionatında 8 qol vurub və 8 matçda məhsuldar ötürmə edib.

Edisonla İtaliyanın “Napoli” klubu da maraqlanır. Uruqvaylı futbolçu 2010-2013-cü illərdə sözügedən komandada çıxış edib.

Bundan əvvəl Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasından kənarlaşdırıla biləcəyi barədə xəbər yayılıb.