İsrailin baş naziri Binyamin Netanyahu bazar günü ölkənin müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir.

Netanyahu bunu Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasından televiziya ilə müraciəti zamanı deyib.

“Mən müdafiə naziri vəzifəsinin icrasına başlayıram” – deyə o bildirib.

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hökumətin fələstinlilərə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq istefa verib.