Qərb alimləri suyun insan orqanizminə olan ziyanını araşdırıblar.

“Ölkə.Az” xəbər verir ki, həkimlər həddən artıq su qəbul etməyin sağlamlıq üçün ziyanlı ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Böyrək bir saat ərzində 800-1000 millilitr su emal edə bilər. Əgər bu miqdar daha çox olsa, problem üzə çıxır. Çünki bu zaman orqanizmin natrium balansı pozulur. Suyu həddən artıq çox qəbul etmək qan təzyiqini nizamlama prosesini çətinləşdirir. Bu isə beyin funksiyalarının pozulmasına və hətta pis nəticələrə də səbəb ola bilər.

Bundan başqa həkimlər qeyd edirlər ki, həddən artıq hidrasiya susuzluq kimi də təhlükəli ola bilər. Böyrək problemi olan insanlarda isə bu, daha pis nəticələrə səbəb olar.

Qeyd edək ki, insan üçün su norması gün ərzində 3-4 litrdir.