“Nissan” və “Renault” şirkətlərinin rəhbəri Karlos Qon Yaponiyanın maliyyə qanunlarını pozmaqda şübhəli bilinərək həbs edilə bilər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, Yaponiya KİV-nin məlumatına görə, Tokio Şəhər Prokurorluğu K.Qonun həbsinə hazırlıq görür.

Qeyd edək ki, bu xəbər yayılandan sonra “Renault” şirkətinin səhmləri Paris birjasındakı hərracda 5,2 faiz ucuzlaşıb.