Rusiya Prezidenti Vladimir PutininTürkiyəyə səfəri başlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onu İstanbulun Atatürk hava limanında İstanbul valisi Ali Yerlikaya, Böyükşəhər Bələdiyyə sədri Mevlüd Uysal, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerov və iki ölkənin digər rəsmiləri qarşılayıb.

V.Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edəcək.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin bu il 5 dəfə görüşüb, 17 dəfə telefonla danışıblar.