Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU

Fərhad Çağtürk / AzEuroNews.com / Düssledorf ➤  2019-ci il yanvarın 19-da Horst Zeehofer XDP-nın başçısı vəzifəsini tərk edəcək. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət gösərən Leqat inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, yeni sədr partiyanın növbədənkənar qurultayında seçiləcək. Yazılı bəyanatda Zeehofer Horst Daxili İşlər naziri vəzifəsindən də getməsi ehtimalı barədə sualı açıq saxlayıb. 

Almaniya hökumət koalisiyasının Bavariya Xristian- Sosial İttifaqının sədri Horst Zeehofer rəsmi olaraq 19 yanvar 2019-cu ildə öz vəzifəsini tərk edəcəyini bəyan edib. Elə həmin gün partiya növbədənkənar qurultayında öz yeni sədrini seçəcək. “2019-cu il XDİ üçün yenilənmə ili olmalıdır”, – dpa agentliyi Zeehoferin bəyanatından sitat gətirib. 

Nazir vəzifəsində nə qədər qalacağı barədə suala siyasətçi hələlik cavab verməyib.

Zeehoferin əvəzinə XDİ-nın başçısı vəzifəsinə Bavariyanın baş naziri Markusun keçəcəyi ehtimalı daha çoxdur.

Partiyanın təzyiqi altınd XDİ-nın başçısı vəzifəsindən getməsi barədə fikrini Zeehofer oktyabr ayının sonunda elan etmişdi. O bildirmişdir ki, Bavariyada torpaq seçkilərində partiyasının böyük məğlubiyyətinin tam məsuliyyətini öz üzərinə götürməyə razı deyil və “ondansa öz vəzifəsindən imtina etməyə hazırdır”. 

14 oktyabrda baş tutmuş Bavariyanın Landtag seçkilərində XDİ yalnız 37,6 faiz səs toplamaqla və böyük əksəriyyətdən məhrum olaraq 1950-ci ildən bəri ən pis nəticə göstərib. Sosial sorğuların məlumatları təsdiq edir ki, XDİ-nın tərəfdarları və partiyanın bir çox üzvləri reytingin bu qədər aşağı düşməsini Zeehoferin şəxsi məsuliyyəti üzərinə atırlar.

Məlumat üçün bildirək ki, H.Zeehofer qaçqınlar əleyhinə 69 madəllik qanunun müəllifidir. O, bu ilin yayı alman mətbuatının gündəmindən düşməyib. H.Zeehofer 69-cu doğum günündə 69 əfqanın deportasiya edildiyini açıqlamışdı. Münxen-Kabil reysi ilə deportasiya edilən əfqanlardan biri ölkəsinə çatan kimi özünü asaraq intihar etmiş, bu olaya görə Horst Zeehofer kəskin tənqid olunmuşdu.