Foto © Bild qəzeti

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın Saksoniya-Anhelt əyalətinin Ballenstadat şəhərində bir kilsədə işləyən papaz kassadan 120 min avro oğurladığını etiraf edib. 

AzEuroNews.com xəbər verir ki, Əziz Elizabet (St. Elisabeth) kilsəsinin papazı Bernard Qavlytta polis idarəsinə gedərək çalışdığı kilsənin kassasından 120 min avro oğurladığını söyləyib. O, polisə ifadəsində bildirib ki, internetdə loto oyunu fırıldaqçılarının qurbanı olub.

Maqdeburq şəhərinin Dini İdarəsində papaz haqqında araşdırmalar aparılıb. O, kilsədəki işindən uzaqlaşdırılıb. 

Eyni zamanda Maqdeburq şəhərinin Kriminal Polisi papaz haqqında cinayət işi açaraq araşdırmaları davam etdirir.