Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf  ➤  Almaniyada Həmkarlar İttifaqı və hüquq müdafiəçiləri vergiləri azaltmağı tələb edirlər. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən Leqat inteqrasiya mərkəzindən məlumat daxil olub. 

Məlumatda deyilir ki, zəhmətkeşlərin xərclərinin təxminən yarısı müxtəlif vergi və sığorta ödənişlərinə gedir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı belə bir statistika ilə çıxış edib. 2017-ci ilin hesabatına görə, dünyanın heç də bütün inkişaf etmiş ölkələrində belə işçilər belə ağır vergi yükünə məruz qalmırlar. 

Daha dəqiq desək, bunabənzər hal yüksək iqtisadi inkişafa malik 35 ölkədə müşahidə olunur. Üstəlik Almaniya özünün 37,6% göstəricisi ilə hətta vətəndaşlardan ən yüksək vergi alınan ölkələrin onluğuna belə daxil deyil. Bu siyahıya Danimarka(45,9%), Fransa(44,9%) və Belçika(44,2%) liderlik edir.

Buna baxmayaraq, bu, Almaniyaya dövlət xəzinəsini rekord məbləğdə doldurmağa mane olmur. Hətta Federal Maliyyə Nazirliyində büdcəyə daxil olan məbləği “rekord məbləğ” adlandırırlar. Bu vəziyyət hazırda Almaniya iqtisadiyyatının yüksəlmə tempi ilə əlaqələndirilir. Beləliklə, Maliyyə Nazirliyi keçən il vergilərdən gəliri 2018-ci il üçün 772,1 milyard avro səviyyəsində dəyərləndirib. 2022-ci il üçün isə bu məbləğin ümumiyyətlə, 905,9 milyard olacağı proqnozu verilib. 

Dövlətin “pul kisəsi” belə şişməkdə davam edərkən, “vergi ödəyicilərini azad etməyi” arzulayan şirkətlərdən hökumətə təzyiq artır. 

Belə ki, bugünlərdə Federal Sənaye Birliyi vergilərin azaldılması üçün Maliyyə naziri Olaf Şoltsa müraciət edib. 

Birliyin başçısı Yoaxim Lanq jurnalistlərə açıqlamasında belə tədbirin vacibliyini onunla izah edib ki, vergilər onsuz da artıq son dərəcə yüksək həddə çatıb. Buna görə də o əmindir ki, təşkilatlar üçün vergi imtiyazları (güzəştləri) vacibdir. Bu, Almaniyanın qlobal iqtisadiyyatda rəqabətliliyinə təminat verməlidir, çünki digər Avropa ölkələri hazırda məhz korporativ vergiləri azaldır.

“Bu, Fransa, Bolqarıstan, Lüksemburq və Böyük Britaniyada baş verir. Almaniyanın situasiyaya heç bir vəchlə münasibət bildirməməsinə artıq haqq qazandırmaq olmaz”, -Yoaxim Lanq deyib. O, İƏİT-nın orta statistikası ilə uyğunluq üçün (24,7%, statistikaya görə) korporativ vergiləri 30%-dan heç olmasa 25%-ə endirməyi təklif edib.

Sənayeçilərlə bərabər vətəndaşların müdafiəsinə Vergi Ödəyiciləri Federasiyası da (Bund der Steuerzahler) qoşulub. Bu dəfə söhbət işverənlərdən (sahibkar) deyil, sadə zəhmətkeşlərdən gedir. Təşkilatın nümayəndələri elan ediblər ki, əməkdaşlar həmçinin yüksək vergi yükünə görə köməyə ehtiyac duyurlar. Əmək haqqı sürətlə artdıqca, hökumət vergi tariflərinə yenidən baxır, ildə 55 000 avrodan yuxarı pul qazanan hər kəs ən yüksək vergi ödəyiciləri bazasına daxil edilir. Bu, “6-cı vergi sinfi” adlanır. Federasiya yuxarı əmək haqqı həddini 80 000-ə qədər artırmağa çağırıb. Bunu onunla əsaslandırır ki, indiki norma “belə əmək haqqının real qiymətini əks etdirmir”.

Eyni zamanda Olaf Şolts birmənalı olaraq bildirib ki, hətta bu cür layihələrin nazirlikdə müzakirəsi belə “könülsüz aparılacaq”. O, artıq yalnız həmrəylik vergisinin ləğv olunması (Solidaritätszuschlag Soli) faktını kafi hesab edir. Bu, keçmiş ADR-in şərqi federasiya torpaqlarının himayəsi üçün olan rüsumdur.

 Xatırladaq ki, 2021-ci il üçün 90% vergi ödəyicisi bu ödənişi dayandıracaq. Şoltsun sözlərinə görə, bu tədbir federal hökuməti ildə 10 milyard avro “soyacaq”. Xatırladaq ju, yayda vergi barədə diskussiya gedəndə bu məbləğin 17 milyard olduğu deyilirdi.