2025-ci ilə qədər Ayda rəsədxana inşa etdirmək, 2050-ci ilə kimi isə “qırmızı planetə”xüsusi misiya üçün insan göndərmə istəyi Çinin “kosmik iştahının” nə qədər güclü olduğunu göstərir.

AzEuroNews.com bildirir ki, ABŞ və Rusiyadan sonra Çin də son dönəmlər xeyli inkişaf edərək “kosmos yarışlarına” daxil olub. Kosmosda rəsədxana tikdirmək, Mars və Yupiterin kəşfi, Ayla bağlı layihələri Çinin 2045-ci ilə qədər rəqiblərini geridə qoyaraq “kosmosda lider” olmağı hədəflədiyini göstərir.

Çin Kosmik Elm Və Texnologiya İnstitutunun verdiyi məlumata görə gələcək üç ildə insanların da ola biləcəyi kosmik stansiyanın inşası daha da sürətləndiriləcək. Bu illin sonuna kimi “Çanq-4” kosmik gəmisinin Ayın qaranlıq səthinə enib kəşfiyyat aparacağı, gələn il isə “Çanq-5” adlı kosmik gəminin Ay səthindən nümunələr toplayıb geri dönəcəyi planlaşdırlır. Eyni zamanda Çinin Marsı kəşf etmək layihəsi, qara dəlik araşdırmaları da sürətləndiriləcək. Qarşısına böyük məqsəd qoyan Çin bu sahədə irəliləmək üçün hər il təxminən 6 milyard dollar pul xərcləyir.