Foto: Sven Hoppe / dpa
Foto: Sven Hoppe / dpa

Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyada 37 qız şagirdinə təcavüz edən müəllim məhkəmə qarşısına çıxarılıb. AzEuroNews.com xəbər verir ki, hadisə Baden-Baden şəhərində qeydə alınıb. Belə ki, məktəblərdən birində üzgüçülük dərslərini tədris edən müəllimin 37 qız şagirdinə təcavüz etdiyi ortaya çıxıb.

34 yaşlı müəllim ötən gün məhkəməyə çıxarılıb. Zərəçəkənlərin valideynləri və jurnalistlərin iştirak etdiyi məhkəmə prosesi zamanı təcavüzdə ittiham olunan müəllim hər şeyi etiraf edib.

O  bildirib ki, şagirdlərinə hovuzda olarkən təcavüz edib. Onları sualtı kamera ilə çəkib və valideynlərinə bir söz deməmələri üçün həmin görüntülərlə təhdid edib.

Təcavüzə məruz qalan uşaqların isə 4 ilə 12 yaş arasında olduğu deyilir.

Məhkəmə prosesi zamanı məlum olub ki, bu müəllimin ilk cinayəti deyil. O, sonuncu iş yerindən əvvəl müxtəlif məktəb və idman komplekslərində 200-dən çox azyaşlıya təcavüz edib.

İttiham aktı oxunduqdan sonra məhkəmə 34 yaşlı müəllimə 12 il yarım həbs cəzası verib.