Belçikanın Eno əyalətinin qubernatoru Tommi Leklerk etiraz aksiyaları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, Belçikada sürücülər dizel yanacağına əlavə dəyər vergisinin artırılması ilə bağlı etiraz aksiyaları keçirir.

Bu gün səhər saatlarından etibarən etirazçılar Mons-Brüssel magistral yolunu bağlayıb və yanacaq daşıyan maşını yandırıb.

Etirazçılar xüsusi parlaq jiletər geydiyi üçün, aksiya “sarı jiletlər” adlandırılıb.