Bakıda Argentina səfirliyinin dəstəyi ilə keçirilən sayca ikinci tanqo festivalı başa çatıb.

“Report” xəbər verir ki, noyabrın 17-19-da keçirilən festival çərçivəsində peşəkar rəqqaslar çıxış edib, habelə istəyənlər üçün tanqo dərsləri də təşkil olunub.

Tədbirin zirvə nöqtəsi olan “Milonqa” gecəsində arzu edən hər kəs parketə çıxıb ənənəvi musiqi sədaları altında gənc azərbaycanlı rəqqaslara qoşulub tanqo rəqsini ifa edib. Rəqs edənlər arasında Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Eduardo Kabalyeroda olub.

Qeyd edək ki, festivalda yerli rəqqaslardan başqa, Argentina, Gürcüstan, Türkiyədən gələnlər də qatılıblar.