Simvol foto © Kai Pilger / pixabay.com
Simvol foto © Kai Pilger / pixabay.com

 Fərhad Çağtürk / AzEuroNews.com Almaniyada ayı varmı ? Almaniyada kral ailəsi varmı ? deutschland.de Google-də Almaniya ilə bağlı ən çox axtarılan sualları cavablandırıb. 

➤ Almaniyanın niyə bu qədər çox adı var ?

Fransızlar “Allemagne”, polyaklar “Niemcy”, findlandlar “Saksa”, ingilislər “Germany” deyir. Dünyada Almaniya qədər çox adı olan ölkə azdır. Bunun səbəblərindən biri Almaniyanın Avropanın mərkəzində yerləşməsidir. Ölkə eyni zamanda fərqli dil ailələrinə məxsus dilləri danışan ölkələrlə sərhəddir. Buna görə də, bu ölkələr Almaniyanı fərqli adlarla çağırırlar. 

➤ Almaniyada kral ailəsi varmı ?

Monorxiya Almnaiyada Birinci Dünya Müharibəsindən sonra ləğv edildi. Bu müddətdə kral ailələrinin münayəndələri dövlət idarəçiliyindən uzaqlaşdırıldı. 

Amma Almaniyada bu gün də kral soyundan gələn insanlar yaşayır. Hohençollerin ailəsi buna bir nümunədir. Onların alman importator ikinci Vilhaymın soyundandırlar. 

➤ Almaniyada ayılar varmı ?

Almaniyada hazırda vəhşi təbiətdə yaşayan ayı yoxdur. Amma Federal Təbiəti Qoruma İdarəsi keçən il canavarların Almaniya təbiətinə qayıtdığı kimi ayıların da yaxın illərdə qayıdacağını istisna etmir. 

Tarixi mənbələrə görə, Almaniyada boz ayıların nəsli 1825-ci idə kəsilib. Sonuncu dəfə 2006-cı ildə bir ayı Alp dağarından Almaniyaya gəlib. “Bruno” adı verilən ayı insanlar üçün təhlükəli olduğundan  ovçular tərəfindən zərərləşdirilib.

➤ Almaniyada universitet tələbələri niyə partaya vururlar ?

Almaniya universitetlərində bir dərsin bitməsindən sonra tələbələrin partaya vurması adəti var. Bunun açıqlaması isə belədir : Rəvayətə görə, əvvəllər tələbələr bir əlləri ilə yazmaq üçün lələk tutduqlarından yalnız bir əlləri boş olub. Dərsdə bir şey xoşlarına gəldikdə onlar bir əlləri ilə partaya vuraraq məmnunluqlarını ifadə ediblər.