Qeyd edək ki, 9 xalla qrupda ikinci pillədə yer alan yığmamıza bu oyunda ancaq qələbə lazımdır.

UEFA Millətlər Liqasında sonuncu oyununa çıxan Azərbaycan milli komandası Kosovo millisi ilə qarşılaşır. Azərbaycan yığması qapısında erkən qol görüb. Kosovo komandasının oyunçusu Arber Zeneli ikinci dəqiqədə hesabı açıb.

00:38

Azərbaycan Kosovo oyununun ikinci hissəsinin ilk dəqiqələrində Azərbaycan komandası qapısında daha bir qol görüb. Arber Zeneli dubl edərək komandasının ikinci qolunu vurub.

01:06

Azərbaycan millisi oyunun 62-ci dəqiqəsində qapısında daha bir qol görüb. Artıq hesab 3:0 hesabı ilə Kosovo komandasının xeyrinədir

Arber Zeneli 75-ci dəqiqədə özünün 3-cü, komandasının isə 4-cü qolunu vurub.