Facebook-un yaradıcısı Mark Zukerberq CNN telekanalına müsahibəsi zamanı Facebook-da ciddi problemlərin olduğunu etiraf edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bununla belə şirkətin ayaqda qalmağa çalışdığını əlavə edib.

“Böyük problemlər var və mən demək istəmirəm ki, bu problemlər yoxdur. Tənqidlərin çoxunun əsası olsa da, bizim dünyaya yeni baxış gətirdiyimizi də söyləmək istərdim”.