Oksford universitetinin alimləri xərçənglə mübarizədə yeni üsul tapıblar.

“Ölkə.Az” xəbər verir ki, Avstriyanın “Kurier” jurnalında dərc edilən məqaləyə əsasən, genetikası dəyişdirilmiş “Enadenotucirev” firusu şişi dağıdır, hüceyrələri qoruyur və onkoloji xəstəlikləri müalicə edir.

Məlum olub ki, alimlər xərçəng hüceyrələri və onları immunitet sistemindən qoruyan fibroblastları məhv etməyi öyrəniblər. Bu zaman isə orqanizmə heç bir ziyan vurulmur.

Tədqiqatın rəhbəri Kerri Fişer deyib:

“Bizim viruslu yeni texnologiyamız xərçəngə qarşı mübarizədə və immunitet sisteminin bədxassəli şiş zamanı zəifləməsinə qarşı vacib addıma çevrilə bilər”.

Virusa xüsusi zülal yerləşdirilib. Zülal molekulunun bir hissəsi fibroblastla, digəri isə T-hüceyrələri ilə əlaqəyə girir.

Müalicənin effektliyi siçanlar üzərində sınaqdan uğurla keçirilib.