Müğənni Sinan Akçıl  verilişlərdən birinə qonaq olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı açıqlama verib. Aktrisa Burcu Kıratlı ilə eşq yaşayan Akçıl bu sözləri deyib:

“İlk dəfə burada açıqlayıram. Evlənirəm. Çox xoşbəxtəm. heç bir münasibətimdə evlənirəm deməmişəm. amma bu dəfə başqadır”.

Qeyd edək ki, müğənninin sevgilisi Burcu hazırda “Aşk ve mavi” serialında rol alır.