Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətinin Çukurca rayonunda PKK terror təşkilatının 10 sığınacağını məhv edib.

Anadolu agentliyi hərbi mənbələrə istinadən xəbər yayıb ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr kəşfiyyat məlumatlarına əsasən Hakkari vilayətinin Çukurca rayonunda xüsusi əməliyyat təşkil edib.

Əməliyyat zamanı PKK terror təşkilatının 10 sığınacağı məhv edilib.