Məşhur komediya ustası Şahan Gökbakarın çoxseriyalı filmi olan “Recep İvedik”in 5-ci hissəsinin çəkilişlərinə start verilib.

Avqustun əvvələrində film üçün aktyor seçimlərinə başlayan və qısa zaman heyəti formalaşdıran aktyor, 5-ci hissənin də maraqlı alınacağına ümid edir.

Ş.Gökbakar sosial mediada foto paylaşaraq “Dəyişiklik başlasın. Gəlir” qeydini yazıb.

Qeyd edək ki, “Recp İvedik”in 2008-20014-cü illərdə çəkilən 4 hissəsi kinoteatrlarda ümumilikdə 19 milyon 330 min tamaşaçı izləyib. Ş.Gökbakar bu filmlərdən 164 milyon 480 min lirə (təxminən 89 milyon mmanat) gəlir əldə edib.