AzEuroNews.com /Bakı   Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi icra hakimiyyətlərində, universitetlərdə, müxtəlif orqanlarda qeyd edilsə də, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu tarixi xatırlamayıb.

AzEuroNews.com xəbər verir ki, Sumqayıt ŞİH-də YAP-ın 26 illiyi ilə bağlı tədbir keçirilməyib. İH-nin rəsmi saytında ən son xəbər ədliyyə orqanlarının 100 illiyinin qeyd olunması barədədir.

İnternet resurslarında və Sumqayıtda fəaliyyət göstərən xəbər portallarında da ŞİH-də YAP-ın 26 illiyi ilə bağlı tədbir keçirildiyi xəbərinə rast gəlinməyib.